"Real Madrid" artıq növbəti mövsüm üçün planlar hazırlayır.
Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, yarımmüdafiəçi Marko Asensio və hücumçu Mariano Diaz gələn yay "Santyaqo Bernabeu"nu azad agent olaraq tərk edəcəklər.
Ümumilikdə hazırki heyətin 23 futbolçusundan 7-nin müqaviləsi 2023-cü ilin yayında başa çatdığı üçün Madrid klubunun rəhbərliyi tezliklə onlardan bəziləri ilə yenidən müqavilə imzalamağı planlaşdırır.
Komandanın kapitanı Kərim Benzema, eləcə də yarımmüdafiə liderləri Luka Modriç və Toni Kroos isə qalıb-qalmayacaqlarına özləri qərar verəcəklər.
Emin