Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Türkiyənin uyğun yaş qrupundan ibarət seçməsi ilə üz-üzə gələn azərbaycanlılar 1:3 hesabı ilə uduzub.
Yığmamızın yeganə qolunu 72-ci dəqiqədə Sadiq Məmmədli vurub.
Bu komandalar arasında növbəti qarşılaşma sentyabrın 29-da keçiriləcək.