İngiltərə millisinin sabiq üzvü Fabian Delf karyerasını bitirdiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, yarımmüdafiəçi qərarını sosial şəbəkə hesabı vasitəsilə elan edib:
“Bu gün peşəkar karyeramı bitirdiyimi elan edirəm. Bunu sizə deməkdən məmnunam və mənə verdiyi hər şeyə görə futbola minnətdaram. Bu mənim, ailəm, komanda yoldaşlarım üçün böyük zərbədir. Karyeram boyu rənglərini qoruduğum hər bir böyük kluba minnətdaram”.
32 yaşlı futbolçunun son klubu iyulda tərk etdiyi "Everton" olub. Əvvəllər o, yetirməsi olduğu “Mançester Siti”, habelə “Aston Villa” və “Lids”də də çıxış edib. Delf ikiqat İngiltərə çempionudur. O, millidə 20 matç keçirib.
Mirağa