PSJ-nin və Braziliya millisinin hücumçusu Neymar millidəki planlarından danışıb.
Fanat.Az "Telefoot"a istinadən xəbər verir ki, tarixə düşməsi üçün cəmi dörd qola ehtiyacı olan ulduz futbolçu bu barədə belə deyib: "Ümid edirəm ki, millinin heyətində vurduğum qollara görə Peleyə qalib gələ biləcəm. Tezliklə bu barədə millidəki komanda yoldaşlarımla danışacam və onlardan qol vurmağımda köməklik etmələrini xahiş edəcəyəm".
Qeyd edək ki, Neymar millinin heyətində 74, rekordçu Pele isə 77 qol vurub.
30 yaşlı hücumçu 2022-ci ilin sonunda keçiriləcək dünya çempionatında nəticəni yeniləyə bilər. O, Ronaldo (62 qol), Romario (55) və Zikonu (48) çoxdan geridə qoyub.
Məhsuldar oyunçulardan ibarət hazırki ilk "25-lik"də yalnız 30 yaşlı Felipe Koutinyo (21) və 25 yaşlı Qabriel Jezus (19) var.
Mirağa