Oktyabrın 6-7-də Latviyanın paytaxtı Riqada taekvondo üzrə olimpiya çəki dərəcələrində Avropa çempionatı keçiriləcək.
Federasiyadan Fanat.Az-a verilən məlumata görə, gənc taekvondoçular arasında baş tutacaq yarışda ölkəmizin idman şərəfini Xıdır Məmmədov (48 kq), Nihad Məmmədzadə (55 kq), Nizami Hacıyev (63), Vaqif Hacıyev (73 kq), Zemfira Həsənzadə (44 kq) və Nərgiz Kazımova (49 kq) qoruyacaqlar.
Qeyd edək ki, yığma Riqaya oktyabrın 4-də yollanacaq.