Moskvanın Zamoskvoretski Rayon Məhkəməsi dələduzluqda ittiham edilən "Çertanovo" futbol akademiyasının keçmiş direktoru Nikolay Larini 3 il müddətinə azadlıqdan məhrum edib.
Fanat.Az xəbər verir ki, bu barədə "Sportbox" saytı məlumat yayıb.
Müstəntiqlərin fikrincə, o, əlavə maliyyə vəsaiti əldə etmək üçün akademiya tələbələrinin sayını bilərəkdən artırıb.
Məhkəmə zalında Larin təqsirli bilinərək nəzarətə götürülüb.
Ondan 20 milyon rubl məbləğində vəsait alınacaq. 49 yaşlı idman funksioneri Rusiya Federasiyası Cinayət Məcəlləsinin külli miqdarda dələduzluğa görə cinayət məsuliyyətini nəzərdə tutan 159-cu maddəsinin 4-cü hissəsi ilə mühakimə olunub.
Prokurorluq onun üçün 4 il 4 ay həbs istəyib.
Larin 2008-2021-ci illərdə Çertanovo Akademiyasına rəhbərlik edib.
Emin