"Nyukasl Yunayted" 2023-cü ildə "Real Madrid"dən azad agent kimi ayrılacaq yarımmüdafiəçi Marko Asensio ilə maraqlanır.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "sağsağanlar" artıq oyunçunun agenti Jorje Mendeşlə danışıqlar aparıblar.
Daha əvvəl "Barselona"nın da ispaniyalı futbolçu ilə müqavilə bağlamaqda maraqlı olduğu bildirilmişdi.
Emin