ABŞ-dan olan qadın alpinist və xizəkçi Hillari Nelson bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Fanat.Az UNİAN-a istinadən xəbər verir ki, 50 yaşlı idmançı Nepalda - dünyanın 8-ci ən hündür zirvəsi olan Manaslu (8156 m) dağında xizək sürərkən yıxılaraq ölüb.
Həmin gün qar uçqunu səbəbindən yerli bələdçi həlak olub, bir neçə alpinist isə xəsarət alıb.
Xizəkçinin cəsədi hadisədən 2 gün sonra - sentyabrın 28-də dağın cənub yamacında tapıb.
Qeyd edək ki, Nelson 2012-ci ildə hündürlüyü 8000 metr olan 2 zirvəni 24 saata fəth edən ilk qadın olub.