Ötən mövsümün sonunda "Qarabağ"dan ayrılan Xayme Romero ölkəsinin "Kartaxena" klubuna keçib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Sequnda təmsilçisi ilə 2022/2023 mövsümünün sonunadək müqavilə imzalayıb.
Qeyd edək ki, Romero 2019 - 2022-ci illər aralığında "Qarabağ"da çıxış edib.