"Real Madrid"in 37 yaşlı yarımmüdafiəçisi Luka Modriç zədələnib.
Fanat.Az "Sport.es"ə istinadən xəbər verir ki, xorvatiyalı oyunçu millinin düşərgəsində xəsarət alıb.
Ona bud əzələlərinin həddindən artıq yüklənməsi diaqnozu qoyulub. Modriç azı 10 gün yaşıl meydanlardan kənarda qalacaq.
Bu isə o deməkdir ki, Luka qarşıdakı iki La Liqa matçında və Donetsk "Şaxtyor"una qarşı Çempionlar Liqasının qrup oyununda "Real"a kömək edə bilməyəcək. Təcrübəli futbolçunun oktyabrın 16-da, "Barselona"ya qarşı keçiriləcək "Klasiko"da meydana çıxıb-çıxmayacağı isə indilik sual altındadır.