10:09 29.09.2022 479

"De Byazi qalsın" təbliğatı yox, islahatlar aparılmalıdır!" - Tahir Süleymanov 

Millətlər Liqasından sonra əsas müzakirə mövzusu yığmanın baş məşqçisi Canni De Byazinin postunda qalıb-qalmamasıdır.

Mini-tsikli 3 qələbə ilə başa vuran italiyalı mütəxəssis futbol ictimaiyyətini iki yerə ayırıb: onunla müqavilənin uzadılmasını istəyənlər və birmənalı olaraq "getsin" deyənlər... 

Sabiq FİFA referisi, "Neftçi"nin keçmiş vitse-prezidenti Tahir Süleymanov Fanat.Az-a açıqlamasında baş məşqçi məsələsinə fərdi yanaşmağın tərəfdarı olmadığını deyib və AFFA ilə bağlı bəzi tələblər səsləndirib:

"15 ildən çoxdur eyni "proses" davam edir. Dəfələrlə təhlillər aparılıb, Azərbaycan futbolunun problem(lər)i millinin baş məşqçi məsələsi deyil, fərq etməz, yerli və ya əcnəbi olsun. Maksimum 2-3 xallıq fərq olacaq, bundan istifadə ediləcək, hansısa baş məşqçiyə süni dəstək verilib yerində saxlanılacaq, digəri ictimai təzyiqlərdən yaxa qurtarmaq üçün yola salınacaq, vaxt udularaq, yenidən növbəti 2-4 il də yola veriləcək. Məşqçilər əlcək kimi dəyişdiriləcək, AFFA ideoloqları, futbola cavabdehlər yerində qalacaq. 

Azərbaycan millisi 20 il öncə də Slovakiya üzərində qələbə qazanırdı. Ara-sıra belə nəticələr hər zaman olub. İllərdi yaradılan şəraitə uyğun məqsəd, iddia, hədəf birmənalı olaraq Avropa, dünya çempionatlarının final mərhələlərinə çıxış olmalıdır. Deyilə bilər ki, Azərbaycan futbolu nə vaxtsa final mərhələsi görüb? Qrupları da ölkə futbolu heç vaxt görməmişdi... Millidə çıxış edən əcnəbilərin, milliləşdirilənlərin sayı klublardakl legionerlərdən daha çoxdu. Əsas milli bir yana, yaş qrupları üzrə yığmalarda acınacaqlı durumdur, keyfiyyətli nəsli yetişmir. 8-10 komandalı çempionatda ıstedadlı, perspektivli futbolçular çatışmır, klublarla birgə yığma məşqçiləri daxil, hər kəs yerli oyunçu qıtlığından imdad edir. Futbolda işlək mexanizm yoxdur! 

Futbola məsullar AFFA rəhbərliyinə gələndən baxçaya gedən uşaqların yaşları artıq 20-ni ötüb, vaxtilə 10-12 yaşlılar isə karyeralarını bitirmək üzrədirlər. 
Futbolda cərəyan edən özbaşınalıqlar dəfələrlə təhlil edilərək ictimaiyyətə çatdırılıb. Söz gərək öz kəsərini itirməsin. 
Gündəm mövzuları daimi diqqətdə olub, bəllidir, futbolun problemləri isə daha dərindir. Millinin sükanı arxasında əcnəbi-yerli olsun müzakirələri futbolu dağıdanlara sərfəlidir. Sanki futbol doğru yolla addımlayır, tək problem millinin baş məşqçi məsələsidir. Belə yanaşmalarla əsl günahkarlar kölgədə qalır, gizlənir, illərdi məsuliyyətdən qaçırlar. Növbəti yeni/köhnə məşqçi ilə yeni ümidlər puç olana kimi davam edilir. Ən mənfisi, hər dəfə eyni (üzdən)yanaşma təkrarlanır. 
Əzabkeş, qayğıkeş azarkeşlər haqlı olaraq nəticə istəyir. Azərbaycan xalqı bu qələbələrə layiqdir! 

Federasiya dövlətin, xalqın vəsaiti hesabına sovet partiya təşkilatı filialı kimi idarə edilir. Yeganə fərq, müasir liberal-qlobalistlərin metodları əlavə edilib. Diletant səviyyəsində futbol təfəkkürü öz yerində, milli ruh, xalq təsübkeşliyindən əsər-əlamət yoxdur. Əcnəbi, milliləşdirmə sevgisi AFFA ideoloqlarının canındadır. Bir mövsümü çıxmaq şərtilə, Foqtsdan başlayaraq de Byaziyə kimi bütün baş məşqçilər gəlmədir. Üstəgəl lippertlər, stuxliklər və s. Bu illər ərzində, əcnəbi məşqçi, mütəxəsisslərə ödənilən milyonlar qarşılığında ölkə futbolu nə qazanıb?! Eyni strategiyə böyük ölçüdə dağılmış, zəiflədilmiş əksər klublarda baş verib(r). Qriqorçuku çıxmaq şərtilə bütün uğurlar yerli mütəxəssislərin adıyla bağlıdır. Ən dəhşətlisi, nəticə qazanan yerlilər AFFA-nı idarə edənlərin düşməninə çevrilir, bütün yollarla qarşıları alınır. Bu artıq tək futbol mövzusu deyil, geniş araşdırmalara ehtiyacı olan məsələdir. Milli ruhu olan, xalqa dəyər verən, nəticə qazanan bacarıqlı, işini bilən insanlara qarşı bilərəkdən, planlı şəkildə addımlar atılır. Bu, tək futbol adına deyil, milli mənafe baxımından açıq və məqsədli şəkildə aparılan düşmənçilikdir. Bir tərəfdə top çiləyə-çiləyə Parisə qədər uzanan yol, digər tərəfdə qazanılmış qruplar, düşmənpərəst kiprlilər, yunanlar, fransızlar üzərində tarixi qələbələr... 

Futbol dünya miqyasında böyük qüvvədir, idman çərçivəsini çoxdan aşıb. Milyonlarla insanı öz ətrafında birləşdirən, qələbələrlə xalqa ruh yüksəkliyi verən, özünəinamını artıran milli ideologiya səviyyəsinə qalxıb. Vaxt olub futbola görə ölkələr bir-biri ilə sözün həqiqi mənasında müharibə aparıb. 

Uzun illərdi AFFA-ya rəhbərlik edənlər futbolu bataqlığa sürükləyib, ən azından mənəvi məsuliyyət hiss edib niyə getmirlər, istefa vermirlər. Onların vəzifələri budur, öz "missiya"larını davam etdirirlər, futbol adı ilə xalqa məğlub psixologiya aşılanır, sağalmaz zərbə vurulur və tam ifşa olunmayana, qovulmayana qədər belə də davam edəcək. Orduda baş qərargah təmizləndiyi kimi, futbolun baş ofisi də əməliyyata məruz qalmalıdır. Belə olarsa, düzgün addımlar atılarsa, Qarabağda qazanılan qələbələr futbol meydanlarında da təmin edilər. 

Əcnəbi/yerli məşqçi məsələsinə gəldikdə isə, bu müqayisələrə son qoyulmalıdır. Bacarıq - fərdi məsələdir! Mütəxəssisə əcnəbi/yerli statusuna görə deyil, göstərilən futbola, nəticələrə, davranışa, mənəvi dəyərlərə görə qiymət verilməlidir. Əvvəlki illərdə çox əcnəbilər gəlib-gedib, 90 faizi uğursuz olub, Günümüzdə Murad Musayev - Baqa müqayisəsi  kifayət edər. Eynilə hər yerli məşqçi də bacarıqlı olmur. Məşqçilikdə əcnəb-yerli şablonluğu və ya "məğlub oluruqsa, yerlilərlə məğlub olaq" yanaşması birdəfəlik yox edilməli, məğlub psixologiya qalibiyyət ruhu ilə əvəzlənməlidir!  AFFA-da "De Byazi qalsın" təbliğatı yox, nəhayət ki, həqiqi islahatlar aparılmalıdır! 

Əgər futbolun inkişafı istənilirsə..."

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

09:00

"Mən Qvardiola və Mourinyu ilə müqayisədə heç kiməm" - Dünya çempionu olan məşqçi

01:06

Zamiq Albaniya çempionu oldu

00:44

İtaliya A Seriyası: "Fiorentina"nı da evə xalsız göndərdilər, "Roma"nı da

00:25

Konfrans Liqasının finalına hakim təyinatları açıqlandı

00:07

Türkiyə Super Liqası: Kardozo het-trik etdi, komandası qazandı

12 May 2025
23:37

Avropa Liqasının finalı almana tapşırıldı

23:09

Rafinyanın "Barselona"dakı aqibəti necə olacaq? - SON DURUM

22:52

Türkiyə klubunda gözlənilməz ayrılıq - Çempion məşqçini istefaya göndərdilər

22:27

Simeone "Napoli"dən ayrılır, İtaliyadan yox

21:50

Ranyerini bu iki mütəxəssisdən birinin əvəzləyəcəyi dəqiqləşdi - ADLAR

Facebookdan bizi izləməyi unutmayın.
X