UEFA "Qarabağ"a qarşı Avropa Liqasının qrup mərhələsinin III tur oyununda Yunanıstanın "Olimpiakos" komandasına azarkeşlərlə bağlı məhdudiyyət qoyub.
Fanat.Az xəbər verir ki, məlumatı Avropa futbol qurumunun rəsmi saytı yayıb.
Buna yunanıstanlı azarkeşlərin Almaniya "Frayburq"una 0:3 hesabı ilə uduzduqları II tur matçında pirotexniki vasitələrdən istifadə etməsi səbəb olub.
Pirey təmsilçisi bunun üçün 50 min avro məbləğində cərimələnib və Frayburq"la qarşılaşmada ictimai keçidləri bağladığına görə daha 8 min avro ödəməli olacaq.
Bundan əlavə, ""Qarabağ"la görüşdə şimal tribunasına azarkeş buraxılmayacaq.
Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.