Britaniyanın tanınmış "Goal" saytı Qətərdə keçiriləcək 2022-ci il Dünya Çempionatında hansı komandanı favorit hesab etdiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, media qurumu mündialın çempionu kimi Braziliya millisini qeyd edib. İkici yerdə Fransa, üçüncü yedə isə Argentina yığmasının olacağını proqnozlaşdırıb.
"Goal" saytının tərtib etdiyi ilk 10-luğu nəzərinizə çatdırırıq:
1. Braziliya
2. Fransa
3. Argentina
4. İspaniya
5. Almaniya
6. İngiltərə
7. Niderland
8. Belçika
9. Danimarka
10. Portuqaliya
Xatırladaq ki, bu il dünyanın əsas futbol yarışması 20 noyabr - 18 dekabr aralığı keçiriləcək.
Emin