Tanınmış cüdoçu, Tokio Olimpiadasının gümüş mükafatçısı, dünya və ikiqat Asiya çempionu Səid Mollayi “Judo Club 2012” ilə müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, bu ildən Azərbaycan millisinin üzvü olan 30 yaşlı idmançı ilə kıub arasında müqavilənin imzalanması mərasimində Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli, federasiya prezidentinin müşaviri Natiq Bağırov, “Judo Club 2012”nin sədri Azər Əsgərov, klubun icraçı direktoru Mübariz Cəfərov iştirak ediblər.
Qeyd edək ki, Mollayi Azərbaycan millisinin heyətində bu il iki mötəbər yarışda - Macarıstanda “Böyük Dəbilqə” və Xorvatiyada keçirilən Qran-Pri yarışlarında iştirak edib və hər ikisində gümüş medal qazanıb.