"Liverpul" yarımmüdafiəçi axtarışlarını davam etdirir.
Fanat.Az xəbər verir ki, Mersisayd klubu gözünü Entso Fernandesə dikib.
Bu barədə "O Jogo" məlumat yayıb.
Mənbənin məlumatına görə, "qırmızılar"ı hələlik çəkindirən futbolçunun transfer məbləğidir. 21 yaşlı yarımmüdafiəçinin müqaviləsindəki bənddə göstərilən məbləğ 120 milyondur. "Liverpul" "Benfika" ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədə Fernandesə bu qədər pul ödəmək fikrində deyil.
Bununla belə, artıq Argentina millisində debüt edən futbolçunun qiymətini aşağı salmaq üçün "Liverpul" danışıqları davam etdirir.
Mirağa