"Səbail"in sabiq baş məşqçisi Aftandil Hacıyev "Qalatasaray"ın düşərgəsində olub.
Bu barədə Fanat.Az-a təcrübəli mütəxəssis özü məlumat verib.
Şəxsi təşəbbüsü ilə İstanbul nəhənginin düşərgəsinə yollanan və hələ də Türkiyədə olan 41 yaşlı mütəxəssis bir həftəlik səfər çərçivəsində "Qalatasaray"ın məşqlərində iştirak edib, klubun təsislərinə baş çəkib, komandanın baş məşqçisi Okan Burukla görüşüb.
Mirağa