Türkiyənin Erzurum şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə keçirilən qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, bu komandalar arasında iki gün əvvəl baş tutmuş oyun Türkiyə millisinin 3:1 hesablı qələbəsilə nəticələnmişdi.