Almaniyalı məşqçi Ditmar Hamann ölkəsinin milli komandasının noyabrda Qətərdə başlayacaq dünya çempionatında titul qazanmaq şansına şübhə edir.
Fanat.Az xəbər verir ki, 49 yaşlı mütəxəssis bu barədə “Kicker”ə bildirib.
Almaniya millisinin keçmiş oyunçusu yığmanın probleminə diqqət çəkib: “Dünya çempionatı ilə bağlı çox narahatam. Futbolçularımızın titul qazanmaq şansına sahib olub-olmadığına əmin deyiləm. Əsasən hücum və yarımmüdafidə dayaq mövqe ilə bağlı problem görürəm. Bizim öndə effektli hücumçumuz yoxdur və yarımmüdafiəçimiz yoxdur - bunlar ən vacib iki mövqedir. Millinin bazası hesab olunan "Bayern Münhen" istənilən formada deyil. Təəssüf ki, yığma bir klubdan asılıdır".
Mirağa