Erik ten Haqın gəlişindən sonra "Mançester Yunayted"də əsas heyət üzvünə çevrilən Dieqo Dalotla daha iki top-klub maraqlanır.
Fanat.Az "Manchester Evening News"ə istinadən xəbər verir ki, "Barselona" və "Yuventus" 23 yaşlı futbolçunun diqqət mərkəzinə düşüb.
Portuqaliyalı futbolçu isə "Mançester Yunayted"də qalmaq istəyir. Dalotun "qırmızı şeytanlar"la müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq. "Mançester Yunayted"in anlaşmanı daha bir il uzatmaq imkanı var.
Mirağa