Ulduz futbol veteranı Rivaldo Braziliya millisinin prinsipial rəqibi Argentinanı DÇ-2022-nin favoritlərindən biri sayır.
Fanat.Az xəbər verir ki, 50 yaşlı "Qızıl top" sahibi (1999) Lionel Messi və komandasının mundildakı şansları barədə "Betfair"ə danışıb:
"Amerika Kubokunda qələbədən sonra Argentina adından söz etdirir. Son oyunlarına baxmışam, əla vəziyyətdədirlər. DÇ-2022-də onlara ciddi yanaşmalıyıq.
Müdafiədə inamlı görünürlər. Hazırda Lionel Messi də komanda yoldaşları ilə əla anlaşır ki, bu da onların işini asanlaşdırır. Hə, Argentina favoritlərdən biridir və baş mükafat uğrunda mübarizə aparacağı dəqiqdir. Həm də unutmayaq ki, bu mundial Messi üçün sonuncu ola bilər.
Argentinadan başqa, Fransa, İspaniya, Almaniyanı da favoritlər siyahısından silmək olmaz. Sadaladıqlarımın zəngin tarixi və əla futbolçuları var. DÇ-yə yaxşı formada qatılacaqlarına əminəm.
Qətərdəki turnir əvvəlki mundiallardan onunla fərqlənəcək ki, bu DÇ-də komandalar daha yaxşı formada olacaqlar".
Nihat