Voleybol üzrə Azərbaycan milli komandasının kapitanı Ayşən Abdüləzimova Macarıstanın "Vaşaş" klubunun heyətində Sloveniyanın eyniadlı şəhərində keçirilən "Maribor kuboku"nda iştirak edib.
Fanat.Az xəbər verir ki, son Macarıstan çempionu ilk görüşdə İsveçrənin “Volero” komandasına 2:3 hesabı ilə məğlub olub. Ayşən bu matçda 7 xal qazanıb.
Növbəti görüşdə yerli “Nova Branik”ə 3:2 hesabıyla qalib gələn “Vaşaş” ardınca Serbiyanın “Jelezniçar” komandasını yenib– 3:1. Abduləzimova sloveniyalılarla qarşılaşmada 13, sonuncu görüşdə 14 dəfə fərqlənib.
Yekun nəticədə “Vaşaş” turniri ikinci yerdə tamamlayıb.