“Barselona” rəhbərliyi 25 yaşlı hücumçu Usman Dembeleni komandada saxlamaq niyyətindədir.
Fanat.Az xəbər verir ki, bu barədə "Bein Sports"un jurnalisti Əşrəf Ben Ayad məlumat yayıb.
Futbolçunun "blauqrana" ilə hazırkı müqaviləsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub.
Usman Dembele bu mövsüm səkkiz oyuna çıxıb, iki dəfə fərqlənib və dörd dəfə məhsuldar ötürmə edib.
Emin