Kişi voleyboçular arasında 2023-cü ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi hüququ Ukraynadan alınıb.
Fanat.Az xəbər verir ki, bu barədə yerli Voleybol Federasiyasının prezidenti Mixail Melnik yerli mətbuata açıqlama verib.
Funksioner bildirib ki, Avropa Voleybol Konfederasiyası ölkədəki müharibə ilə əlaqədar belə qərar qəbul edib. Onun bildirdiyinə görə, əvəzində Ukrayna millisinə final mərhələsində iştirakı imkanı yaradılacaq.