UEFA “Neftçi” klubuna ödəniş edib.
Fanat.Az xəbər verir ki, qitə futbol qurumu Konfrans Liqasının təsnifat mərhələsində iştirakına görə “ağ-qaralar”a 650 min avro vəsait ayırıb.
Məbləğ AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.
“Neftçi” Konfrans Liqasında mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayıb. İlk mərhələdə Kipr “Aris”ini keçən paytaxt təmsilçisi daha sonra Avstriya “Rapid”inə uduzaraq, mübarizəni dayandırıb.