18:49 30.09.2022 254

PFL-dən yeni tərəfdaşlıq müqaviləsi

Peşəkar Futbol Liqası və "Buta Global Enerji-Tekstil" şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Fanat.Az xəbər verir ki, müqaviləni "Buta Global Enerji-Tekstil" şirkətinin prezidenti Mesut Demirtaş və Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov imzalayıblar. 
 
AFFA-nın inzibati binasında keçirilən tədbirdə AFFA, PFL rəsmiləri, qonaqlar iştirak ediblər. Tədbirə xüsusi qonaq qismində Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı qatılıb. Bildirilib ki, "Buta Global Enerji-Tekstil" şirkəti 22 ildir ki, fəaliyyət göstərir. Bakıda tekstil və telekommunikasiya sahəsində ən etibarlı şirkətlərdən biri kimi tanınıb. Təməli İstanbulda qoyulan şirkət hal-hazırda həm də İtaliyanın telekommunikasiya sahəsində nəhənglərindən olan “Prismian” şirkətinin Azərbaycan təmsilçisidir.  Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı çıxışında bu anlaşmanın qardaş ölkə futboluna töhfə olacağı üçün xüsusi məmnunluğunu ifadə edib: 
 
“Bu gözəl gündə hamınızı sevgi ilə salamlayıram. Bir çox sahələrdə işbirliyi etsək də, mən ilk dəfə futbolda əməkdaşlığa şahid oluram. Bu münasibətlə sizi təbrik edirəm. Bir türk şirkətinin Peşəkar Futbol Liqası ilə əməkdaşlıq etməsi, sponsorlardan biri olması bizim üçün də qürurvericidir. Biz bu tərz əməkdaşlıqları Türkiyə-Azərbaycan münasibətlərinə atılmış yeni bir təməl və körpü olaraq görürük. Siz də yaxşı bilirsiniz ki, Türkiyə-Azərbaycan münasibətlərinin dünyada bənzəri yoxdur və müqayisə oluna bilməz. Prezidentlərin tez-tez qarşılıqlı olaraq görüşüb, müzakirələr apardığı bu münasibətin başqa bir örnəyi yoxdur. Bu, aralarında imzalanan bəyannamə ilə də təsdiqlənmişdir. Biz gələcəyə əmin addımlarla irəliləyən münasibət qurmuşuq. İnanırıq ki, bu münasibət tərzi bütün türk dövlətlərinə də müsbət örnək olacaq. İdman, təhsil və digər sahələrdəki iş birlikləri dəyərlidir. Azərbaycan futbolu üçün xeyirli olmasını diləyirəm. Bu əməkdaşlığın müsbət nəticələrini səbirsizliklə gözləyəcəyik. Qismət olsa, futbol görüşlərini də birlikdə izləyərik”.

Mərasimdə çıxış edən Mesut Demirtaş "Buta Global Enerji-Tekstil" şirkətinin hər zaman Azərbaycan biznes məkanında layiqli yer almasından məmnun olduğunu, fəaliyyət göstərdikləri sahənin önəmli bir hissəsinin ölkə futboluna bağlanmasının həm də xoş bir vəzifə olmasının zövqünü yaşadıqlarını qeyd edib: 

“Bizim Azərbaycanda futbol marağımız “Qəbələ” ilə başladı və “Neftçi” ilə davam etdi. İndi də Peşəkar Futbol Liqası ilə əməkdaşlıq müqaviləsi imzalayırıq. Əməkdaşlığımızı genişləndirdiyimiz  üçün çox sevincliyik, həyəcanlıyıq və inanclıyıq. İnşallah, daha böyük layihələri, daha böyük nəticələri görməkdən məmnun olarıq”.

Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov da dəvəti qəbul etdiklərinə görə qonaqlara minnətdarlığını bildirərək, əməkdaşlığın qarşılıqlı şəkildə faydalı olacağına əminlik ifadə edib.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.
X