Azərbaycanın üç cüdoçusu Sloveniyanın Sele şəhərində keçirilən böyüklər arasında Avropa Kuboku turnirinin qalibi olub.
Fanat.Az xəbər verir ki, kişilərin 60 kq çəki dərəcəsində yer alan Rəşad Yelkiyev finalda komanda yoldaşı Kənan İsmayılovu yenərək yarışın qızıl medalını qazanıb.
66 kq çəki dərəcəsindəki Tofiq Məmmədov həlledici dueldə almaniyalı Patrik Veysserdən güclü olub.
73 kq çəkidə çıxış edən Rəşid Məmmədəliyev isə finalda digər Azərbaycan təmsilçisi Nəriman Mirzəyevə qalib gəlib.
Həmçinin 66 kq çəkidə mübarizə aparan Ruslan Paşayev yarışın bürünc medalına sahib çıxıb.
Beləliklə, cüdoçularımız ilk günü 3 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurublar.
Qeyd edək ki, 23 ölkədən 250 cüdoçunun qatıldığı turnirə oktyabrın 2-də yekun vurulacaq. Sabah Azərbaycanın daha 6 təmsilçisi mübarizəyə qoşulacaq.