21:32 01.10.2022 330

"Ən zəif vaxtında belə, “Neftçi”nin adı var" - Qara Qarayev

“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev Misli Premyer Liqasının VIII turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:

“Neftçi” haqqında əlavə söz deməyə ehtiyac yoxdur. Ən zəif vaxtında belə, bu komandanın adı var. Bizimlə oyunlara xüsusi motivasiya ilə çıxırlar. Mənim üçün əlamətdar gün idi. Stadionun bütün tribunalarını dolu gördüm. Bu cür matçların sayı çox olmalıdır. Çox maraqlı oyun oldu. İlk hissədə, demək olar ki, rəqibə imkan vermədik. Özümüz isə 4 real qol epizodu yaxaladıq. Lakin istifadə edə bilmədik. Fasilədən sonra da eyni senari ilə davam etdik. Rəqibin ön xəttini tamamilə bağlaya bildik. Qol epizodlarımız çox oldu. Əsas odur ki, istifadə edə bildik və vacib qələbə qazandıq”.

Onun sözlərinə görə, ilk hissədə də üstünlük “köhlən atlar”ın tərəfində olub: “Həm qapı istiqamətində zərbələr, həm də real qol imkanları baxımından rəqibi qabaqladıq. Sadəcə, “Neftçi” birinci yarıda qol vurmağa nail oldu. İkinci hissədə isə rəqibin hücumlarının qarşısını ala bildik. İnkişaf etmək istəyiriksə, rəqabət olmalıdır. Oyun ərzində aralarında gərginlik olan futbolçular final fitindən sonra əl verib görüşdülər. Bu da hər iki tərəfin adına yaraşacaq jest idi”.

Qarayev deyib ki, bu qələbə növbəti oyunlara daha ciddi hazırlaşmaqlarına səbəb olacaq: “Çünki digər rəqiblər “Neftçi”yə qalib gəldiyimizi görüb, bizimlə matça daha ciddi hazırlaşacaqlar. Eləcə də “ağ-qaralar” bizdən revanş almaq üçün bütün imkanlardan istifadə edəcək”.

Təcrübəli oyunçu belə matçlar üçün darıxdığını söyləyib: “Düşünürəm ki, belə matçların sayı nə qədər çox olsa, bir o qədər sürətli inkişaf edərik”.

O, Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstanda “Olimpiakos”a qarşı keçirəcəkləri qarşılaşmaya da toxunub: “Açığı, “Neftçi” ilə oyunadək digər matçlar haqqında düşünməmişdik. Yəqin, baş məşqçimiz sabahdan növbəti rəqiblə bağlı fikirlərini bizimlə bölüşəcək. Bizi çətin səfər görüşü gözləyir. “Olimpiakos” azarkeşlərinin qarşısında oynayacaq. Çılğın fanatları var. Oyun planında nəyə qadirdirlər, bunları sabahdan analiz edəcəyik”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
21:09

Mahir Emrelidən son oyunda het-trik - VİDEO

20:53

MPL: "Neftçi" də böyük hesabla qazandı, "Qarabağ" da

20:25

"Bu barədə hələ rəhbərliklə dəqiq söhbət etməmişik" -Elvin Məmmədov

19:54

Samir Abasov qələbədən sonra belə danışdı

19:15

Mahir Emreli "Nürnberq"lə qol şousu göstərərək vidalaşdı

18:40

Dünya çempionu iş yerini dəyişə bilər

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

Facebookdan bizi izləməyi unutmayın.
X