"Sumqayıt"ın baş məşqçisi Samir Abasov evdə "Kəpəz"lə qolsuz heç-heçə etdikləri Misli Premyer Liqasının VIII tur oyunundan sonra ənənəvi mətbuat konfransıda qatılıb.
Fanat.Az xəbər verir ki, köhnə-yeni komandasını ilk çempionat matçına çıxaran mütəxəssis belə danışıb.
"Rəhbərliyim altında ilk oyun idi. Milli komandaların fasiləsindən sonra 4-5 gün məşq edə bilmişdik. Əhval-ruhiyyəmiz o qədər də yaxşı deyildi.
Oyun ərzində təşəbbüs gah bizdə, gah da rəqibdə idi. Dərhal hər şey düzələsi deyil. Bunun üçün bir qədər vaxt lazımdır. Uşaqlara sonadək vuruşduqlarına görə "çox sağ olun" dedim.
Hücumçularımızın ikisinin zədəli olduğunu demək istəməzdim. İstərdim ki, oyunumuzu düzəldək. Templi, sürətli oynamalıyıq. Bunun üçün vaxta ehtiyacımız var".