"Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov səfərdə "Sumqayıt"la heç-heçə etdikləri (0:0) matçdan - Misli Premyer Liqasının VIII tur oyunundan sonra ənənəvi mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, Gəncə təmsilçisinin çalışdırıcısı belə danışıb:
"Rahat qalib gələ bilərdik. Amma görünən odur ki, komandanın üzərində təzyiq böyükdür. 6 məğlubiyyətdən sonra komandanı toparlamaq çətindir. Amma klub rəhbərliyi ilə birlikdə bunun öhdəsindən gəlməyə çalışırıq. Bu gün maraqlı oyun gördük. Belə qarşılaşma gözləyirdim. Autsayderlərin mübarizəsində təzyiqə baxmayaraq, komandam yaxşı oyun sərgilədi".