Naxçıvanda Yeniyetmələrin Şahmat Olimpiadası davam edir.
Fanat.Az xəbər verir ki, yarışda bu gün ikinci turun görüşləri keçiriləcək.
Azərbaycanın altı komandasının qarşılaşacağı rəqibləri təqdim edirik:
II tur
Özbəkistan-1 - Azərbaycan-2
Azərbaycan-1 - Qırğızıstan
Özbəkistan-2 - Azərbaycan-3
Azərbaycan- Sumqayıt OK - Kanada
Cənubi Afrika Respublikası - Azərbaycan-4
Misir - Azərbaycan-Naxçıvan
Qeyd edək ki, ilk turda Azərbaycanın 1 və 2-ci komandaları qələbə qazanıb, digər kollektivlərimiz isə məğlub olub. Olimpiadada 23 ölkədən ümumilikdə 34 komanda iştirak edir.