Avropa Liqasının qrup mərhələsində 3-cü tur çərçivəsində “Olimpiakos”la qarşılaşacaq “Qarabağ”ın Yunanıstana səfər planı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisi oktyabrın 5-də səhər saatlarında yola düşəcək.
"Köhlən atlar" "Kontinental" otelində məskunlaşacaq. Həmin gün yerli vaxtla saat 16:30-da (Bakı vaxtı ilə saat 17:30) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək. Saat 21:00-da isə komandanın açıq məşqi olacaq.
“Olimpiakos”la matç oktyabrın 6-da keçiriləcək. "Georgios Karaiskakis" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Mirağa