"Liverpul"un çalışdırıcısı Yürgen Klopp komandanın yeni hücumçusu Darvin Nunyesin gözlənilən kimi oynamaması ilə bağlı fikirlərə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, insayder Fabritsio Romano 55 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb:
“Darvin Nunyesə qarşı səbirli olmalıyıq. O, hələ də komandaya uyğunlaşır. Bizim vəziyyətimizdə onun narahat olmaması çox vacibdir. Yeni oyunçuların tam adaptasiya olması zaman tələb edir".
Emin