“Porto”nun qapıçısı Dioqo Meyreleş Koşta karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, 23 yaşlı qolkiperlə “Mançester Yunayted” maraqlanır.
"Qırmızı şeytanlar" ona David de Xeanın əvəəzləyicisi gözü ilə baxır. Belə ki, 31 yaşlı ispaniyalı David de Xeanın müqaviləsi 2023-cü ilin yayında, başqa sözlə, mövsümün sonunda başa çatır.
Portuqaliya milisinin qapıçısı İsveçrədə anadan olsa da, “Porto”nun yetirməsi sayılır. O, cari mövsümün 10 matçında 12 qol buraxıb.
Qeyd edək ki, Koştanın “Porto” ilə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.
Mirağa