Azərbaycan cüdo yığmasının 6-12 oktyabrda Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək böyüklər arasında dünya çempionatı üçün heyətində dəyişiklik edilib.
Federasiyadan Fanat.Az-a verilən məlumata görə, 100 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış etməli olan Uşanqi Kokauri ötən gün axşam məşqində zədələndiyindən yığmanın tibbi heyətinin qərarına əsasən heyətdən çıxarılıb.
Məşqçilər heyətinin qərarına əsasən, heyətə 81 kq çəki dərəcəsində mübarizə aparan gənclər arasında Avropa çempionu Elcan Hacıyev daxil edilib.
Bildirilib ki, Kokaurinin müalicəsinə dərhal başlanılıb və qısa zamanda sağalıb tatamiyə geri dönməsi üçün bütün lazımi tədbirlər görülür.