"Mançester Yunayted"in əfsanəvi kapitanı Roy Kin ötən həftə baş tutan Mançester derbisindən sonra maraqlı açıqlaması ilə gündəmə gəlib.
Fanat.Az xəbər verir ki, 2000/01 mövsümündə "Mançester Yunayted" və "Maneçster Siti" arasında keçirilmiş derbidə (3:0) "qırmızı şeytanlar"ın irlandiyalı mərkəz yarımmüdafiəçis Roy Kin Erlinq Holandın atası Alf-İnqenin dizinə sərt təpiklə müdaxilə etmişdi. Həmin hadisədən sonra Kin meydandan qovulur. Ata Holand isə həmin zədənin ağır olması səbəbindən bir il sonra karyerasını başa vurmalı olur.
"Sky Sports"a verdiyi açıqlamada Roy Kin həmin hadisəyə görə peşman olmadığını bildirib:
"Buna görə peşman deyiləm. Bilsəydim ki, onun belə güclü futbolçu oğlu dünyaya gələcək və "Mançester Yunayted"i meydana çıxmağına peşman edəcək, təpiyi onun dizinə yo, başqa yerinə vurardım".
Sözügedən hadisənin videosunu təqdim edirik:
Xatırladaq ki, son Mançester derbisi "şəhərlilər"in 6:3 hesablı qələbəsi ilə sona çatıb. Erlinq Holand həmin oyunda 3 qolla yadda qalıb.
Emin