UEFA Avropa Liqasının qrup mərhələsində iştirak edən və formada olan komandaların adları açıqlanıb.
Fanat.Az turnirin rəsmi "Twitter" hesabına istinadən xəbər verir ki, "10-luq"da Azərbaycan təmsilçisi "Qarabağ" da yer alıb.
Son 4 matçda qələbəyə sevinən ağdamlılar birinci pillədə yer alıb.
Siyahı yerli çempionat və Avropa Liqasının nəticələrinə əsasən hazırlanıb. "Köhlən atlar" keçirdiyi son 5 görüşün 4-də qələbə qazanıb, 1-də isə uduzub.
Qeyd edək ki, "Qarabağ" oktyabrın 6-da UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyununa çıxacaq. Təmsilçimiz Yunanıstanda "Olimpiakos" ilə üz-üzə gələcək.