"Mançester Yunayted"in müdafiəçisi Dioqu Dalo karyerasını İspaniyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sport.es" yayıb.
Mənbə portuqaliyalı futbolçunun müdafiənin sağ cinahını gücləndirməyi hədəfləyən "Barselona"nın transfer siyahısına düşdüyünü açıqlayıb. Dioqunun Kataloniya klubunda top qovmağı arzuladığı və təklif alacağı halda, bu keçidin reallaşması üçün bacardığını edəcəyini vurğulayıb.
Qeyd edək ki, 2018-ci ildə MY-yə keçən 23 yaşlı Dalonun klubu ilə olan müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq. Karyerasına "Portu"da başlayan arxa xətt oyunçusu 2020-ci ilin oktyabrından 2021-ci ilin iyununa qədər icarə əsasında "Milan"ın formasını geyinib.
Nihat