Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Jeunes Footeux" saytı: "İnter" "Mançester Yunayted"in yarımmüdafiəçisi Donni van de Beki transfer etməyi düşünən yeganə komanda deyil. "Lester" də onu almağa hazırdır".
"Givemesport" saytı: "Nyukasl" "Şaxtyor"un vingeri Mixail Mudriki heyətinə qatmaq niyyətindədir".
"Tuttomercatoweb" saytı: Son həftələrdə "Fiorentina"nın qapıçısı Pyetro Terraççanonun "Milan"a keçəcəyi ilə bağlı xəbərlər dolaşır".
ESPN saytı: "Bayer Leverkuzen"in çalışdırıcısı Xerardo Seoane təzyiq altındadır. Klubu tərk edəcəyi halda onun yerini Xabi Alonso tutacaq. Alonsonun baş məşqçi qismində son iş yeri "Real Sosyedad B" klubu olub".
"RAC1" saytı: "Hazırda "Nasyonal"da çıxış edən uruqvaylı hücumçu Luis Suares növbəti klubu ilə bağlı qərar verib. Qətərdəki dünya çempionatından sonra 35 yaşlı futbolçu "Los Anceles Qalaksi"yə azad agent olaraq qoşulacaq".
Fabrizio Romano, insayder: “Lionel Messiyə yaxın mənbələr deyirlər ki, argentinalı futbolçu öz gələcəyi ilə bağlı qərarını indi deyil, 2023-cü ildə verəcək. "Barselona" daxilində artıq onun qayıtması müzakirə olunur və PSJ onunla müqavilə müddətini uzatmağa çalışacaq".
Emin Şəmsiyev