"İnter"in qapıçısı Andre Onana UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Barselona" ilə oyunda (1:0) qazanılan qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, "Sky Sport Italia" kamerunlu qolkiperin dediklərini belə çatdırıb:
“Çətin vəziyyətdə olduğumuzu nəzərə alsaq, çox vacib qələbə qazandıq. Bu, bizə əlavə motivasiya olacaq. Qrupdan çıxmaq niyyətindəyik.
Bu axşam mənim üçün xüsusi idi. Çünki uşaq vaxtı karyerama “Barselona”da başlamışam. “İnter”də hamı qələbə qazanmaq və çətin günləri arxada qoymaq istəyirdi. Sevinirik ki, belə bir nəticə əldə etdik. Ümid edirik ki, bu, gələcəkdə də davam edəcək".
UEFA Çempionlar Liqasının C qrupunda turnir cədvəlinin ikinci pilləsinə yüksələn "İnter" 6 xal qazanıb. “Barselona” 3 xalla üçüncü yerdədir. Komandaların qrupdakı rəqibləri “Bayern Münhen” (9 xal) və “Viktoriya Plzen”dir (0 xal).
Mirağa