Danimarka Futbol Federasiyası dünya çempionatına ev sahibliyi edəcək Qətərə qarşı etiraz aksiyası keçirib.
Fanat.Az xəbər verir ki, federasiyanın kommunikasiya direktoru Yakob Heyer bu barədə "Ekstra Bladet" qəzetinə danışıb.
O, danimarkalı milli üzvlərinin ailələrinin DÇ-yə getməyəcəklərini açıqlayıb:
“Qətərin bizdən qazanc əldə etməsinə töhfə vermək istəmirik. Ona görə də səyahət fəaliyyətlərimizi mümkün qədər məhdudlaşdırdıq. Əvvəlki dünya çempionatlarında oyunçuların həyat yoldaşları və rəfiqələri bizimlə səyahət edirdilər. Lakin dediyim kimi, Qətərin insan haqlarını pozmasına görə həmin səfərləri ləğv etdik".
Xatırladaq ki, bu il dünyanın əsas futbol yarışması 20 noyabr - 18 dekabr aralığında keçiriləcək.
Mirağa