"Atletiko Madrid" Antuan Qrizmannın transfer hüquqlarına yiyələnmək üçün "Barselona" ilə razılığa gəlib.
Fanat.Az "Mas Atletico" nəşrinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi 31 yaşlı hücumçu üçün qarşı tərəfə 20 milyon avro ödəcəyək.
Fransalı oyunçu cari mövsüm "Atletiko"nun heyətində 10 oyuna çıxıb və 3 qol vurub.
Qeyd edək ki, 2021-ci ildən icarə əsasında Madrid klubunda top qovan Qrizmann 2019-cu ildə məhz bu komandadan "Barselona"ya keçib.
Nihat