"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq İngiltərə Premyer Liqasında "Mançester Siti" ilə matçda (3:6) portuqaliyalı hücumçu Kriştianu Ronaldunun ehtiyat oyunçular skamyasında qalmasından narazı qaldığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "The Mirror" 52 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb:
“Mən Ronaldunu 0:4-hesablı məğlubiyyət zamanı ona hörmət əlaməti olaraq meydana buraxmadım.
O, oyuna çıxmayanda bərk əsəbiləşir. Ronaldu yüksək dərəcədə motivasiyalıdır və ondan gözlədiyimiz də budur”.
Emin