Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrö dünya çempionatı start götürüb.
Fanat.Az xəbər verir ki, mundialın ilk günündə Azərbaycanın iki cüdoçusu tatami üzərinə çıxıb.
Kişilərin 60 kiloqram çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov 1/16 final mərhələsində Yeldos Smetovla (Qazaxıstan) üz-üzə gəlib və "qızıl xal"da rəqibinə "vaza-ari" ilə uduzaraq mübarizəni dayandırıb.
Qadınların 48 kq çəkisindəki Leyla Əliyeva isə eyni mərhələdə Xuliya Figeroa (İspaniya) ilə görüşüb. Duel rəqibin qələbəsi ilə bitib.
Qeyd edək ki, Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur. Dünya çempionatı oktyabrın 13-də başa çatacaq.