"Qəbələ" klubunun 24 yaşlı hücumçusu Rövlan Muradovun Fanat.Az-a müsahibəsi:
- Misli Premyer Liqasının növbəti turunda "Qarabağ"la qarşılaşacaqsınız. Bu oyundan gözləntilərin nədir?
- Hər bir matça olduğu kimi bu oyuna da ciddi yanaşacağıq. "Qarabağ" elə komandadır ki, ona qarşı oynamaq özü ayrıca bir motivasiyadır. Bu səbəbdən ciddi şəkildə hazırlaşırıq.
- "Qəbələ" 5 ildir (sonuncu dəfə 2017-ci ilin oktyabrında 1:0 üstün olub) - 16 oyundur ki, çempionat matçlarında "Qarabağ"ı uda bilmir. Nəyin sayəsində bu uğursuz statistikaya son qoymaq olar?
- Əzmkarlıq göstərib yaranan fürsətləri yüksək dəyərləndirmək lazımdır.
- "Qarabağ"ın Yunanıstandan Qəbələyə gəlməsi və oyunun AL matçından iki gün sonra baş tutması işinizə yaraya bilərmi?
- Demək olar ki, "Qarabağ"ın iki heyəti var. Yorğun olmalarına baxmayaraq, onlar belə qrafikə öyrəşib. Bu səbəbdən də düşünürəm ki, oyun ağır olacaq.
- Ümumiyyətlə, "Olimpiakos"la oyunlarda "Qarabağ"dan nə gözləyirsən?
- İnşallah, inanıram ki, qələbə qazanarlar.
- Karyeranı xaricdə davam etdirməyi düşünmürsən? Gələn yay səni legioner görə bilərik?
- Əlbəttə ki, düşünürəm. Əsas hədəfim də elə Avropada oynamaqdır. İnşallah, tezliklə qismət olar.
- Canni De Byazi millinin baş məşqçi postunda saxlanıldı. Belədə, milli komandadakı perspektivini necə görürsən?
- Əsas odur ki, milli komandamız üçün xeyirli olsun. Yığma qələbələr qazansın, həm millətimiz sevinsin, həm də komandanın futbolçuları. Hər zaman canla-başla yığmamızın şərəfini qorumağa hazıram. Çalışacağam kki, vətənim üçün, bayrağım üçün mənə verilən şansdan maksumum yararlanım.
Emin Şəmsiyev