Oktyabrın 28-30-da Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda 23 yaşadək cüdoçular arasında Avropa çempionatı keçiriləcək.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisi qitə birinciliyinə 14 cüdoçu sifariş edib.
Kişilər: Nazir Talıbov, Kənan İsmayılov (hər ikisi 60 kq), Ruslan Paşayev (66 kq), Nəriman Mirzəyev, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Məhərrəm İmamverdiyev (81 kq), İsmayıl Zamanov (90 kq), Ruslan Nəsirli (100 kq).
Qadınlar: Ramilə Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Aydan Vəliyeva (52 kq), Aytac Qardaşxanlı (63 kq), Südabə Ağayeva (70 kq), Nərmin Əmirli (78 kq).
Qeyd edək ki, Avropa çempionatının ilk iki günündə fərdi, son gündə qarışıq komanda yarışı keçiriləcək.