Azərbaycanın qadınlardan ibarət “Azərreyl” voleybol klubu yeni baş məşqçisinin adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, komandanın sükanı arxasına qadınlardan ibarət yığmanın baş məşqçisi Eldar Yusubov keçib.
O, bu postda Famil Ağayevi əvəzləyib.
Qeyd edək ki, Yusubov Superliqanın son mövsümündə "Abşeron"a rəhbərlik edib. Komanda onun rəhbərliyi altında ölkə çempionu olub.