Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, mundialın ikinci günündə Azərbaycanın daha üç cüdoçusu tatami üzərinə çıxacaq.
Kişilərin 66 kiloqram çəki dərəcəsində yer alan Orxan Səfərov mübarizəyə 1/16 finaldan qoşulacaq. 31 yaşlı Avropa çempionu və dünya çempionatlarının ikiqat mükafatçısı bu mərhələdə Freddi Vayzenegger (İsveçrə) / İsmael Alhassan (Niger) cütünün qalibi ilə münasibətləri aydınlaşdıracaq. Eyni çəkidəki Yaşar Nəcəfov təsnifatda Beynəlxalq Cüdo Federasiyasının qaçqınlar komandasında yer alan Miad Nosrati ilə üz-üzə gələcək
Qadınların 52 kiloqram çəki dərəcəsindəki Gültac Məmmədəliyeva isə təsnifatda isveçrəli Binta Ndiaye ilə qarşılaşacaq.
Görüşlər Bakı vaxtı ilə saat 09:30-da başlayacaq.
Qeyd edək ki, ilk yarış günündə mübarizə aparan təmsilçilərimiz - Kəramət Hüseynov (60 kq) və Leyla Əliyeva (48 kq) çıxışlarını medalsız başa vurublar. 82 ölkədən 571 idmançının qatıldığı mundiala oktyabrın 13-də yekun vurulacaq. Qarşıdakı günlərdə Azərbaycanın daha 6 cüdoçusu qüvvəsini sınayacaq.