"Yuventus"un vingeri Anxel Di Mariya növbəti dəfə soyğuna məruz qalıb.
Fanat.Az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, bu dəfə soyğuna cəhd baş tutmayıb.
Hadisə zamanı argentinalı futbolçunun komanda yoldaşı və qonşusu Duşan Vlahoviç də onun evində olub. Üç oğru onun evinə soxulmağa cəhd edib. Bu zaman təhlükəsizlik siqnalı işə düşüb. Di Mariya dərhal polisə məlumat verib. Hadisə yerinə gələn polis oğrulardan birini təqib edərək yaxalayıb.
Qeyd edək ki, 34 yaşlı futbolçu 2021-ci ilin mart ayında Parisdə ailəsi ilə birlikdə "Nant" - PSJ oyununda olarkən quldurların qurbanı olmuşdu.
Mirağa