14:59 07.10.2022 655

18 yaşlı gənc I Divizionda baxımlı qol vurdu - MÜSAHİBƏ, VİDEO

Otyabrın 5-i I Divizionda 5-ci tur çərçivəsində "Turan Tovuz 2" "Qəbələ 2"ni qəbul edib. Oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 0:2. 

Fanat.Az xəbər verir ki, Tovuz təmsilçisinin yarımmüdafiəçisi Rəşad Əliyev baxımlı qolla yadda qalıb. 

18 yaşlı futbolçunun saytımıza verdiyi müsahibəsini təqdim edirik: 

- Futbola neçə yaşında gəlmisən?

- Kiçik yaşlarımda olarkən məndə futbola maraq yaranıb. 4-5 yaşlarımda atam da məşqçi kimi fəaliyyət göstərirdi. Məni özü ilə oyunlara və məşqlərə baxmağa aparırdı. 6 yaşından isə özümdə idmanın bu növü ilə məşğul olmağa başladım.

- Daimi olaraq hansı mövqedə oynayırsan? 

- Elə uşaqlıqdan sağ və ya sol cinah yarımmüdafiəçisi qismində çıxış edirdim. Bir ara mərkəz yarımmüdafiəçisi olaraq özümü sınadım, amma cinahlardan oynamaq mənim üçün daha rahatdır. İndi də "Turan"da həmin mövqelərdə oynayıram. 

- Sonuncu turda baxımnlı qolla diqqət çəkdin. Belə zərbə ilə daha öncə də fərqlənmisən, yoxsa bu ilk idi? 

- Olub. Bu, birinci belə hal deyil. Qeyri-rəsmi oyunlarda olub. Rəsmi oyunlarda isə ötən mövsüm "Sabah"la qarşılaşmada belə məsafədən fərqlənə bilərdim. Amma təəssüf ki, qapı tiri mane oldu. Qayıdan topu komanda yoldaşım qapıdan keçirdi. Əsas odur ki, hesabda önə keçə bildik.

- Komanda ilə məşqlərdən əlavə olaraq fərdi qaydada çalışırsan? 

- Bəli, əlbəttə. Asudə vaxtlarımda öz üzərimdə işləməyə daha çox zaman ayırıram. Komandanın baş məşqçisi və digər çalışdırıcıların nəzarəti ilə fitness və fərdi məşqlər edirəm. Yaxşı başa düşürəm ki, fərdi məşqlər futboloçular üçün çox vacibdir. 

- Artıq bir mövsümdür ki, yoxlama oyunlarında çıxış edirsən. Başqa klubdan təklif almısan? 

- Bəli. Amma bu barədə mənə sonradan məlumat verilmişdi. Daha doğrusu, atam bilirdi bunu... Amma indilik Tovuzda qalmağımı məsləhət bildiyi üçün özü qərar verib. Təklifin hansı komandadan olduğu barədə məlumatım yoxdur.

- Sənin fikrincə, Azərbaycanda gənc futbolçuların kifayət qədər inkişaf etməsi üçün şərait nə vəziyyətdədir? 

- Bu suala cavab olaraq öz klubumu və Turan Tovuz Futbol Akademiyasını misla gətirə bilərəm. Düşünürəm ki, burada gənc futbolçuların özlərini göstərə bilməsi üçün kifayət qədər şans verilir. Bu istiqamətdə lazımi şərait də yaradılır. Elə mənim özümü götürək, bu yaşımda mənə I Divizionda şans verdilər və mən də onların etimadını doğrultmağa çalışdım. Ümid edirəm ki, qarşıdakı matçlarda göstərdiyim oyunla sona qədər komandanın əsas oyunçularından biri olacağam.

- Futbolçu olaraq qarşına qoyduğun ilk məqsəd nədir? 

- Hazırda qarşımda olan məqsəd "Turan Tovuz"un əsas heyətində oynamaq və Azərbaycan millisinin üzvünə çevrilməkdir. Daha sonra xarici liqaların birində ölkəmi təmsil etmək istəyirəm.

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 İyul 2025
00:11

Azərbaycan güləşçisi Avropa çempionu oldu

02 İyul 2025
23:37

"Monterrey"in baş məşqçisi "Borussiya"ya məğlubiyyətdən sonra belə danışdı

23:25

Ərəb şeyxi "Mançester Siti"yə qalib gələn "Əl-Hilal"lı futbolçuları "pul yağışı"na tutdu - MƏBLƏĞ

22:52

Berluskoninin ailəsindən alınan "Montsa" yeni sahibinə qovuşdu

22:14

Azərbaycan Güləş Federasiyasının yeni təlim-məşq mərkəzi açıldı

21:48

A Seriyasının debütantı yeni baş məşqçi ilə anlaşdı

21:23

Niderland millisinin sabiq futbolçusu "Liverpul"da - RƏSMİ

20:48

Kurtinaytis "Sabah"ın ÇL-dəki rəqiblərini dəyərləndirdi

20:17

Fransalı hücumçu İPL klubunda - RƏSMİ

19:50

"Bayern Münhen" "Liverpul"a rəsmi təklif göndərdi

19:20

"Belarusla oyunların bizə çox köməyi olacaq” - Siyasət Əsgərov

18:46

"Hayduk" güclü rəqibdir, amma..." - "Zirə"nin yarımmüdafiəçisi

18:11

Madrid nəhəngi italiyalı oyunçunun keçidini elan etdi

17:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:33

"Qarabağ" Maksim Medvedevin təyinatını açıqladı

17:15

Braziliya millisinin hücumçusu İngiltərə nəhəngində - RƏSMİ

16:47

Rafael Utziq "Zirə"yə qayıtdımı?

16:29

İmmobile "Beşiktaş"dan ayrıldı

16:11

"Bizi dəstəkləyən hər kəsi sevindirə biləcəyimizə inanıram" - Elvin Camalov

15:53

"Zirə" toqolu vingerlə uzunmüddətli müqavilə imzaladı

15:35

"Kəpəz" yalnız bir futbolçunu saxlamaq istəyib

15:16

"Liverpul"un futbolçusu Almaniya klubuna keçdi - RƏSMİ

14:58

Tapşırıq gəldi, "Neftçi" 200 nəfəri işə cəlb etdi

14:40

"Sabah"ın rəqibi yeni yarımmüdafiəçi transfer etdi

14:21

"Şamaxı"dan 2 məşqçi getdi - Biri "Mingəçevir"ə, o biri...

14:02

Dyökereş İngiltərə nəhəngi ilə 5 illik müqavilə bağlayacaq - SON DURUM

13:44

Əzizov əsas komandada, "Neftçi" bosniyalını gözləyir

13:28

"Mahir Bundesliqanın orta səviyyəli komandalarında da oynaya bilər" - Xaqani Məmmədov

13:10

Əfsanəvi forvardın Avroliqada çıxış edəcək kluba keçidi rəsmiləşdi

12:53

Namik Ələsgərov Türkiyəyə qayıda bilər - AÇIQLAMA

12:34

"Neftçi" İqor Ribeyro ilə müqavilə bağladı - RƏSMİ

12:11

"Səbail" futbolçusunu "Şamaxı"ya buraxmadı

11:51

Azərbaycan parateakvondoçuları Cənubi Koreyaya yollandılar

11:33

"Araz-Naxçıvan"ın rəqibi xorvat oyunçu ilə gücləndi

11:14

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:58

Azərbaycanın 2 boksçusu Dünya Kubokunun 1/4 finalına yüksəldi

10:42

"Kəpəz" hazırlığa əvəzedici komandanın üzvləri ilə başladı - AÇIQLAMA

10:24

Yeni klubu Lyakazettin keçidini açıqladı

09:45

Klublararası dünya çempionatı: 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşdi

09:23

Kamal Quliyev aşağı liqaya düşən kluba baş məşqçi təyin olundu

Facebookdan bizi izləməyi unutmayın.
X