“Çelsi”nin müdafiəçisi Uesli Fofana Çempionlar Liqasının qrup mərhələsində “Milan”a qarşı keçirilən görüşdə zədələnib.
Fanat.Az xəbər verir ki, o, aldığı zədə səbəbindən bir müddət yaşıl meydanda görünməyəcək.
Həkimlər dizindən zədələnən 21 yaşlı müdafiəçinin təxminən 6 həftəlik müalicəyə ehtiyac olduğunu proqnozlaşdırıb.
“Zadəganlar” Fofananı yayda 80 milyon avroya “Lester”dən transfer edib.
Mirağa